Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

27 vida, 2 davam, 15-i startı gözləyir – Tokio-2020-də

27 vida, 2 davam, 15-i startı gözləyir – Tokio-2020-də

Tarix: 2 Avqust 2021 16:10

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki,bu gün üç idmançımız gücünü sınayıb.

Onlardan biri - Ruslan Lunyov Olimpiadada ikinci çıxışını yekunlaşdırıb. Güllə atıcımız 21-ci yeri tutaraq Yaponiya paytaxtına vida edib.

Bu gün güləş yığmalarımız da yarışa start verib. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/4 finalda uduzsa da, rəqibi finala yüksəldiyindən medal şansını qoruyur. O, təsəlliverici qarşılaşmaya sabah çıxacaq.

Qadın güləşçisi Elis Manolova ilk görüşündə uduzub. 1/8 finalda məğlub olan təmsilçimiz rəqibinin finala çıxmasına sayəsində təsəlliverici görüşdə iştirak edəcək.

Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 27-yə çatıb. İki idmançı yarışı davam etdirirsə, 15-i startı gözləyir.
 
Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) - 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) - finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) - 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) - 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) - 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) - 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) - 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) - 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) -26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) - 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) - 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) - 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) - 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) - 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) - 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) - 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) - qrupda qalıb 
20. Məhəmməd Abdullayev (boks, +91 kq) - 1/8 finalda uduzub
21. Zelim Kotsoyev (cüdo, 100 kq) - 1/8 finalda uduzub
22. Uşanqi Kokauri (cüdo, +100 kq) - 1/8 finalda uduzub
23. İrina Kindzerska (cüdo, +78 kq) - bürünc medal qazanıb
24. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala uduzub
25. Anna Skidan (atletika, çəkicatma) - 16-cı yer
26. Alfonso Dominqes (boks, 81 kq) - bürünc medal qazanıb
27. Ruslan Lunyov (güllə atıcılığı) - kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer
28. Elis Manolova (qadın güləşi, 68 kq) - təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb
29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) - təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb
30. Nazim Babayev (atletika, üç təkanla tullanma)
31. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
32. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
33. Turan Bayramov (sərbəst güləş, 74 kq)
34. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)


Etiketlər:  vida davam startı gözləyir Tokio 2020


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ