Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 22:27
Mütəxəssislər qutuda satılan içkilərlə bağlı insanlara xəbərdarlıq edirlər.
Sonxeber.net xəbər verir ki, türkiyəli mütəxəssis Özer Ergün bir çox insanların içki qutularında kiflərlə qarşılaşdığını bildirib: "Bir meyvə suyunu ya da qapalı qutularda satılan içkini içərkən ən önəmli etməli olduğunuz şey onu stəkana tökərək içməkdir. Səbəbi stəkana tökdüyünüz zaman içərisində yad cisimin, kiflənmənin olub-olmadığını görməkdir".
"İÇİNDƏKİ MADDƏYƏ GÖRƏ ZƏHƏRLƏNMƏDƏN, ƏMƏLİYYATA QƏDƏR GEDİB ÇIXA BİLƏR"
"İçki alan şəxslər meyvə qutularına diqqət etməlidirlər. Cırılmış, deşik, çirkli, partlamış, şişmiş qutuları almamalısınız. Turş qoxusu, dadında köhnəlmə varsa, deməli mikrobakteriyalar artmışdır. Bu isə zəhərlənməyə səbəb olar. Kiflənmə varsa, yenə zəhərlənməyə səbəb olar. Yad maddə varsa orqanizmə girər. Bu isə əməliyyata qədər gedib çıxa bilər. Meyvə sularını açdıqdan sonra soyuducuda saxlamalısınız. Əgər içərisində hansısa maddə görsəniz dərhal müvafiq qurumlara şikayət edin". /medicina.az