Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baltikyanı ölkələrdə ən ucuz benzin Latviyada satılıb

Baltikyanı ölkələrdə ən ucuz benzin Latviyada satılıb

Tarix: 2 Avqust 2021 22:32

Latviyada yanacağın qiymətində enmə müşahidə edilib, Estoniya və Litvada isə artım qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən iş həftəsinin sonunda ən bahalı benzin Tallində, Vilnüsdə, ən ucuz benzin isə Riqada satılıb. Bildirilib ki, dizel yanacağı üzrə ən yüksək qiymət əksinə Riqada, ən aşağı qiymət isə Tallində qeydə alınıb. Riqadakı "Circle K" yanacaqdoldurma məntəqəsində 95 markalı benzinin qiyməti 1,3 faiz aşağı enərək litri 1,337 avro, dizel yanacağının qiyməti isə 1,4 faiz ucuzlaşaraq litri 1,237 avro təşkil edib.

Vilnüsdə 95 markalı benzinin qiyməti 2,3 faiz bahalaşaraq 1,346 avroya, dizel yanacağının qiyməti isə 1,6 faiz artaraq 1,236 avroya çatıb.

Tallindəki "Circle K" yanacaqdoldurma məntəqəsində 95 markalı benzinin qiyməti 1,44 faiz bahalaşaraq 1,459 avroya, dizel yanacağının qiyməti isə 2,5 faiz artaraq 1,229 avroya yüksəlib.

Riqa və Vilnüsdə avtoqazın qiyməti bu həftə sabit qalıb və litri müvafiq olaraq 0,655 avro və 0,633 avro təşkil edib. Tallində isə avtoqazın qiyməti 7,5 faiz artaraq litri 0,72 avroya qalxıb.


Etiketlər:  Baltikyanı ölkələrdə ucuz benzin Latviyada satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ