Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 22:40
Fransada reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı 1139-a çatıb. Son 24 saatda reanimasiya şöbələrinə 69 yeni ağır xəstə daxil olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, son günlər xəstəxanalarda və reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı artmaqdadır. Xəstəxanalarda virus xəstələrinin sayı 7581-ə çatıb. Son 24 saatda tibb müəssisələrinə 312 yeni koronavirus xəstəsi daxil olub. Həftəsonu ölkədə ümumilikdə 19 min 600 yeni yoluxma qeydə alınıb. Ölkədə virus qurbanlarının ümumi sayı 111 min 916-ya çatıb.
Fransa səhiyyə naziri Olivye Veran ölkədə epidemiya ilə bağlı vəziyyətin çox həssas və qeyri-müəyyən olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, son günlər Fransada "Pfizer" və "Moderna" peyvəndlərinin qiymətləri artaraq müvafiq olaraq 15,50 avrodan 19,50 avroya və 19 avrodan 21,50 avroya qalxıb.