Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 20:12
Acılı yemək faydalı ola bilərmi? Bir çox insanlar yeməyi istiotlu, acı yeməyi xoşlayır. İllərdir belə bir fikir var ki, acı yemək dərini qocaldır, mədə-bağırsaqda yaralar yaradır.
Sonxeber.net medicina.az-a istinadən istiot və acı qidaların faydası və zərərini təqdim edir.
Məsələn, çili istiotu A, E, K, B6, dəmirlə zəngindir, iltihab əleyhinə təsir edir, qanı aktivləşdirir.
Əgər acı dad, istiot sizin ağız dadınıza uyğundursa və mədənizi narahat etmirsə, onu normasında qəbul edə bilərsiz.
İstiotlu yemək yeyərkən burunda qıcıqlanma, su axma, istilik gəlmə, yanma hissi mədə problemi yox, orqanizmin acı qidaya normal reaksiyasıdır və keçib gedəcək.
Bəzi qırmızı istiot növləri kapsaisin adlı birləşməyə malikdir, onlar bədəndə ağrı və iltihabı azaldır.
İstiotda olan bu birləşmə ürək xəstəlikləri riskini azaldır, təzyiqi tənzimləyir, xolesterini azaldır.
Lakin bu o demək deyil ki, siz həmişə acı və ədviyyatlı yeməklər yeməlisiz.
İstiotun faydası o zaman olur ki, tərəvəz, meyvə və digər faydalı qidalarla balanslaşdırılmış şəkildə qəbul edəsiniz.
Acılı qidalar arıqladırmı?
90 elmi araşdırmanın meqaanalizi göstərib ki, acı qida iştahı azaldır, enerji ixracını artırır, lakin arıqlamağa təsir etmir.
İnsan ancaq gündəlik kaloriy qəbulu azalanda və defisit olanda arıqlayır.
İstiot mədə-bağırsaq üçün zərərlidirmi?
Ekspertlər bildirir ki, acılı qida hər insan üçün zərərli deyil, lakin onlar öncədən ciddi və ya orta həzm problemləri olan, məsələn, mədə yarası, qastrit, turşuluq, reflüks, qıcıqlanmış bağırsaq sindromu, iltihab varsa, onlara əlavə yan təsirlər, zərərlər verə bilər.
Çox zaman həzm problemini istiot özü yox, onun qidada hansı formada istifadəsi yaradır. Məsələn, qızardılmış yağlı acılı toyuq qanadları, kartof-fri, acılı çipsi istiota görə yox, qızartmaya görə problemlər yaranır.
Kron, kolit, xora, qastrit, mədəaltı vəz xəstəliyi olanlar acı və istiotlu qidalardan uzaq dursalar yaxşıdır.