Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 05:06
Şişlidə (Türkiyə) ərə getmək istəməyən gənc qız körpüdən tullanaraq intihara cəhd edib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, ağır yaralanan qızın "23 bacı və qardaşım var, tək məni saxlaya bilmədilər" ifadəsini işlətdiyi bəlli olub. "Mən artıq burada yaşamaq istəmirəm, heç bir ixtisasım, ümidim yoxdur. Gələcək üçün bir planım yoxdur" deyə qız bildirib.
Məlumata görə, ailəsi tərəfindən ərə verilən 23 yaşlı Elif Iğdırdakı ailəsindən qaçaraq İstanbula gəlib. Gecəsini dostları ilə birlikdə keçirən gənc qız səhər sarsıntı keçirib və yoldaşlarının gözü qarşısında intihara cəhd edib. Yaralı qızın səhhəti ağır olaraq qalır.
Kamran Seyidov