Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Korona heç vaxt həyatımızdan çıxmayacaq”

“Korona heç vaxt həyatımızdan çıxmayacaq”

Tarix: 4 Avqust 2021 14:32

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb. 225 nəfər müalicə olunaraq sağalıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb.

Milli.Az xəbər verir ki, statistik göstəricilər ürəkaçan deyil. Rəqəmlər növbəti qapanma ehtimalını gündəmə gətirir. Həkim-psixoterapevt Əli Nağıyev isə "sherg.az" a açıqlamasında buna ehtiyac olmadığını söylədi:

"Fikrimcə, biz İngiltərə təcrübəsindən istifadə etməliyik. Orada lokdaun əvəzinə, vaksinləşməyə üstünlük verilir. Vətəndaşlar tibbi maska taxmaq və sosial məsafəni qorumaqla gündəlik həyatlarına davam edirlər. Təcrübə də göstərir ki, qapanmalar həm iqtisadiyyata, həm də insan psixologiyasına zərbədir".
Ə.Nağıyev, həmçinin gələcək tendensiya barədə də proqnozunu bölüşdü:
"Buna dair ÜST-ün özünün də dəqiq fikirləri yoxdur. Sadəcə düşünürəm ki, koronavirus heç vaxt həyatımızdan çıxmayacaq. Eyni ilə digər qrip virusları kimi. Tədricən immunitet yaranacaq və COVİD adiləşəcək. Onsuz da sərt tədbirlər əbədi ola bilməz".

Milli.Az


Etiketlər:  Korona heç vaxt həyatımızdan çıxmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ