Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay şərbətləri

Yay şərbətləri

Tarix: 5 Avqust 2021 04:06

Yay aylarında istilərin düşməsi ilə əlaqadar olaraq orqanizmin suya olan təlabatı artır. Suyun insan orqanizmi üçün nə qədər faydalı olduğunu bilsək də, dadlı içkilərdən imtina etmək mümkün olmur. Sizlərə yay aylarında ürəyinizi sərinlətəcək bir neçə şərbət resepti vermək istəyirəm.
Reyhan şərbəti:
1 dəstə qara reyhan yuyulub təmizlənir. Şüşə balona tökülüb, üzərinə 2 stəkan şəkər tozu və 1 çimdik limon duzu əlavə edilir. Balon ağzınacan qaynar su ilə doldurulub, ağzı bağlanır və üstü adyalla örtülür. Şərbət 5-6 saata hazır olur və soyuduqdan sonra süzülüb soyuducuya qoyulur.
Qızılgül şərbəti:
Qızılgülün ləçəkləri şüşə balonun içərisinə qoyulur və üzərinə 2 stəkan şəkər tozu və 1 çimdik limon duzu əlavə edilir. Balona qaynar su tökülüb, ağzı kip örtülür və adyala bükülür. 5-6 saat sonra şərbət hazır olur. Şərbət süzülüb soyuducuya qoyulur.
Tərxun və nanə şərbətini də yuxarıda göstərilən qayda ilə hazırlayıb içsəniz, həm susuzluğunuz aradan qalxar, həm də təbii şərbətlərlə orqanizminizə xeyir vermiş olarsınız.


Etiketlər:  şərbətləri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ