Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 08:36
Xoşbəxt olmaq üçün hansısa bir hadisənin baş verməsini gözləmək lazım deyil. Bunun üçün orqanizminizdə olan "xoşbəxtlik hormonlarının" miqdarını artırmağa çalışın. Çünki bu hormonlar bizə sevinc bəxş edir, xoşbəxtəlik və eyforiya gətirir.
Bizə bəzən elə gəlir ki, xoşbəxt olmaq üçün seçilmişlərdən olmalıyıq. Hətta bəzən elə düşünürük ki, biz ailə qursaq və ya bahalı maşınımız olarsa, özümüzü xoşbəxt hiss edərik. Amma bu yanlış fikirdir. Çünki insan özünü xoşbəxt hiss etmək üçün pozitiv əhval-ruhiyyədə olmalıdır. Pozitiv əhval-ruhiyyəni isə insanlara bəxş edən daxilimizdə olan "xoşbəxtlik hormonlarıdır".
İnsanı özünə xoşbəxt hiss etdirən hormonlar aşağıdakılardır:
* dofamin
* oksitosin
* endorphin
* serotonin
Bu hormonlar bütün canlılarda olur və canlıların həyatına təsir edir.
Dofamin
Dofamin hormonu bizim beynimizdə ifraz olunur. Bu hormonun ifrazı ən çox müvəffəqiyyət qazanan və hədiyyə qəbul edən zaman artır. Hormonun artması bizim həyat fəaliyyətimizdə olan aktivliyi artırır. Dofamin hormonunun artması üçün isə böyük uğurlar və bahalı hədiyyələr gözləmək lazım deyil. Adi və kiçik görünən hədiyyələrlə də özünüzü xoşbəxt hiss etsəniz beyninizdə dofaminin miqdarı artar.
Oksitasin
Oksitosin hormonunun sintezini özünüz stimulyasiya edə bilərsiniz. Oksitosin hormonu insanın möhkəm iradəli və etibarlı olmağını təmin edir. Bizim ətrafdakılarımıza qarşı etibar hissi duymağımızı oksitasin hormonu təmin edir. Biz nə qədər ətrafımızdakılara etibar edəriksə, o qədər də sakit və rahat həyat tərzi yaşayarıq. Ətrafınızda xeyirxah insanları və yaxşı dostların olması sizin orqanizminizdə oksitosin hormonunun artmasına səbəb olur.
Endorfin
Bəzən biz bədənimizin hansısa bir hissəsinsə göyərmə, xırda kəsik və ya sıyrıq izi görürük. Amma bu zədəni nə zaman aldığımızı xatırlaya bilmirik. Bu zədələri aldığımız zaman bizə ağrını hiss etdirməyən endorfin hormonudur. Endorfin hormonu orqanizmin müdafiə qüvvəsi sayılır. Orqanizmdə endorfinin çatışmazlığı depressiyaya səbəb olur. Endorfini səhər-axşam 20 dəqiqə idman eləməklə və ya şənlənib-gülməklə artırmaq mümkündür.
Serotonin
Serotonin hormonun da sintezini özünüz stimulyasiya edə bilərsiniz. Serotonin hormonunun da ifrzı sizin ətrafınızdakılarla qarşılıqlı əlaqələrinizdən irəli gəlir. Ətrafınızdakıların sizi qiymətləndirməsi, sizə hörmət qoyması sizin orqanizminizdə serotoninin miqdarını artırır. Valideyinləriniz, övladlarınız və ya dostlarınız tərəfindən eşitdiyiniz xoş sözlər sizin orqanizminizdə serotonin hormonunun miqdarını artırır. Özünüzə qarşı inamlı olmanız, xoşagəlməz hadisələrə təslim olmamanız, mübarizliyiniz də sizin orqanizminizdə serotonin hormonunun artmasına səbəb olur.
Yuxarıda yazılanları diqqətlə oxuduqdan sonra sizin də həyatdan ikiəlli yapışaraq mübariz, iradəli biri olaraq davam edəcəyinizə və özünüzü xoşbəxt hiss edəcəyinizə əminəm.