Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanğın "Rəcəb İvedik"in evinə yaxınlaşdı – Qalmaqal düşdü

Yanğın

Tarix: 5 Avqust 2021 10:12

Türkiyənin Marmaris şəhərində davam edən yanğın tanınmış aktyor Şahan Gökbakarın evinə yaxınlaşıb.

Milli.Az kulis.az-a istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı danışıb. O, göz yaşlarını saxlaya bilməyib müvafiq qurumlardan təyyarə göndərilməsini xahiş edib.

Şahan Gökbakarın bu addımı insanların tənqidinə səbəb olub. Onlar aktyoru özünü düşünməkdə və eqoistlikdə ittiham ediblər.

Bundan sonra aktyor növbəti canlı yayımında yanğının söndürülməsi üçün min ədəd yanğın balonu və digər avadanlıqlar aldığını deyib:

"Evim hələ yanğın təhlükəsində deyil, ancaq evimin yanmağını görmək istəyənlər üçün də həmin gün gələndə, heç kimdən kömək istəməyəcəm!"

Milli.Az


Etiketlər:  Yanğın Rəcəb İvedikin evinə yaxınlaşdı Qalmaqal düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ