Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənim də qızımın kampı vardı, amma, bunu paylaşmıram''

''Mənim də qızımın kampı vardı, amma, bunu paylaşmıram''

Tarix: 5 Avqust 2021 16:32

Bütün tənqidlərə rəğmən sosial media fenomeni Şeyma Subaşı Bodrumdakı tətilindən görüntülər paylaşmaqda davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o bu dəfə qızı ilə olan fotolarını da İnstaqram hesabında yayımlayıb.

Model Deniz Akkaya Şeymanın paylaşımına səssiz qala bilməyib və ona iradını bildirib. 

"Uşağı da alət et ki, təsiri daha çox olsun. Afərin sənə... Maraqlıdır, uşaq "bu dumanlar haradan gəlir?" soruşanda nə cavab verir, bu fantastik başla? Bu nə ruh halı, ruhi xəstəlikdir? Mənim də qızımın kampı vardı, yolladım, həyat davam edir, amma bunu paylaşmıram" deyə, Deniz paylaşımında yazıb.

Qeyd edək ki, Şeyma qızı və misirli sevgilisi Mohammed Alsaloussi ilə Bodrumda yaxtada dincəlir. Misirli sevgilisi istirahət üçün kirayələdiyi qayığa həftədə 150 ​​min avro ödəyir.

Milli.Az


Etiketlər:  Mənim qızımın kampı vardı amma bunu paylaşmıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ