Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm''

''Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm''

Tarix: 5 Avqust 2021 19:50

"Onun sirri" proqramı  müğənni Niyam Salaminin doğulub boya-başa çatdığı evdə olub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, N.Salami uşaqlığından danışarkən göz yaşlarına hakim ola bilməyib:

"Həmişə deyirəm kövrəlməyəcəm, amma alınmır. Təəssüf ki, rayona, torpağıma gedəndə valideynlərimi görə bilmirəm. Düzdür, başım uca gedirəm. Maşından düşəndə, camaata salam verəndə, çəkinmirəm-utanmıram.

Bu, böyük şərəfdir. Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm. Camaatı ağlatmaq-güldürmək çox çətindir. Hardasa deyirdilər ki, müğənni olsan, səni qəbul etməyəcəyik. Məndən maddi dəstək də gözləmirlər".

İfaçı söyləyib ki, vaxtında klublarda çox pul xərcləyib:

"Klubların "xalq artisti" olmuşam. Gənclik illərimdə klubsever idim".

Milli.Az


Etiketlər:  Kənddə müğənni olduğum üçün məni sıxıblar əzilmişəm


RƏYLƏR