Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb

Tarix: 6 Avqust 2021 14:36

Rusiyada son sutka ərzində daha 22 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 6 402 564 nəfərə çatıb.

Son sutka ərzində 792 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə virusdan ölənlərin sayı 163 301 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.


Etiketlər:  Rusiyada koronavirusdan ölənlərin sayı mini ötüb


RƏYLƏR