Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 20:20
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində 851 kq baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan, istifadəyə yararsız ət aşkar olunub.
Trend-in məlumatına görə, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kq heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.
Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin