Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 18:20
Aktrisa Leyla Bilginel yanğınlardan zərər çəkmiş vətəndaşlara göndərilən qutulardan istifadə olunmuş iç geyimləri, gəlinlik kimi əşyaların çıxmasına əsəbiləşib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, İnstaqram hesabında video paylaşan aktrisa göndərilən yardımların bir qismini göstərərək əşyaları yollayan insanları çöp göndərməkdə günahlandırıb.
"Bəzi fenomenlər gözəl formada qutuları səliqəli şəkildə düzəldib, bəziləri isə "mən də yardım göndərmişəm" havası ilə. Kimin necə kömək göndərdiyini burada yaxşı gördüm. Çox gözəl gələn yardımlar var, bir də bu şəkildə.
Bunların içindən topuqlu ayaqqabı, gəlinlik, istifadə olunmuş iç geyimi çıxıb. Belə bir şey ola bilməz. İnsanlar bir də bu çöpləri ayırmağa vaxt sərf edirlər" deyə, Leyla etirazını bildirib.