Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 11:40
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına üzərində 159 ədəd konteyner daşıyan Qazaxıstan gəmisi yan alacaq.
Sonxeber.net bu barədə limana istinadən məlumat verir.
Qeyd olunub ki, Kurık limanından yola çıxan və Qazaxıstanın "Kazmortransflot" məxsus "Barıs" konteyner gəmisi avqustun 7-də Bakı limanına daxil olacaq:
"Uzunluğu 113 metr, eni isə 21 metr olan gəmi ilə bu səfər zamanı 314 TEU ekvivaletində konteyner daşınır. Bu gəmi vasitəsi ilə Bakı Limanına və əks istiqamətə mütəmadi olaraq konteyner daşınması həyata keçirilsə də, bu həcmdə olan yük ilk dəfə olaraq daşınır".
Konteynerlərin əsas hissəsi Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə daşınacaq.