Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdmanımızın Tokio uğuru

İdmanımızın Tokio uğuru

Tarix: 9 Avqust 2021 09:26

Azərbaycan Olimpiya Komandasının 44 idmançı ilə qatıldığı dördilliyin ən böyük "Tokio-2020" Yay Olimpiya Oyunları sona çatdı. Yaponiyaya 44 idmançı ilə yollanan millimiz oyunlarda ali mükafatı - qızıl medalı qazana bilməsə də, bütövlükdə yarışları uğurlu adlandırmaq olar. Düzdür, nəticələr haqlı olaraq ölkəmizdə müsbət qarşılanmadı. Çünki Azərbaycan idmançılarının potensialı dünyada hər kəsə bəllidir, uğurları da göz önündədir. Bu dəfə isə iştirakçı ölkələrin ümumi siyahısında Azərbaycan 67-ci yeri tutub. Bir faktı da qeyd edək ki, MDB-yə üzv olan 15 ölkənin sıralamasında Azərbaycan komanda hesabında tən ortada, 8-ci sırada qərarlaşıb. Azərbaycan komandası həm medalların əyarına, həm də medal sayına görə (7-4) Ermənistanı geridə qoymağı bacarıb. Maraqlıdır ki, idmançılarımız medalların ümumi sayına görə, MDB ölkələri arasında Belarusla birlikdə 5-6-cı pillələri bölüşdürür. Məsələn, XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb. XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb. Dünya arenasında bu günə qədər xeyli sayda idman oyunları keçirilib. Bu oyunların bəzilərində Azərbaycan da istər yerli, istərsə də xaric idmançılarla təmsil olunub. İrimiqyaslı idman oyunlarına nəzər salsaq, görərik ki, Azərbaycan bu oyunların bəzilərində nisbətən müsbət, bəzilərində isə mənfi nəticələr göstərib. Sözsüz ki, ölkəmizdə digər sahələrdə olduğu kimi idman sahəsinin də inkişafı hər kəsin arzusudur. Yəni bu son demək deyil, bu idmandır. Və hər şey hələ qabaqdadır.

Şübhəsiz ki, bu il zəif nəticələrin əldə olunmasında bir sıra obyektiv və subyekltiv amillər də oldu. Bura ilk növbədə dünyanı bürüyən koronavirus pandemiyasını daxl etmək olar. İki ilə yaxındır ki, bütün dünyada tüğyan edən pandemiya idmana da çox təsir edib. Uzun müddət qapalı məkanlar bağlı olduğundan, sərt karantin rejimi uzun müddət tətbiq olunduğundan idman zalları da qapalı qaldı. İdmançılarımızın yetərli məşq etmək imkanı olmadı. Çünki bu şərait bütün idman növündə yox, bir qrup idman növünə yaradıldı. Yəni pandemiya öz mənfi təsirini göstərə bildi. Elə idmançılar var ki, əvvəlki güclərini göstərmək üçün heç 50 faiz hazırlaşa bilməyiblər. Məşqdən əlavə burada psixoloji tərəflər də oldu, maska taxmaq, karantin rejimi və s. Bu, səbəblərdən sadəcə biridir. Ümumi olaraq qeyd etmək olar ki, Azərbaycanda idman siyasətində problemlər yaranıb. Çox güman ki, Azərbaycan idmançıları da bu oyunlardan ciddi nəticə çıxaracaq. Çox gözəl infrasturkturumuz var, amma onlardan doğru istifadə olunmur. Bu sahədə ciddi islahatlara ehtiyac var.

Son illər Azərbaycanda bir çox sahələrdə islahatlar aparılır. Çünki ölkədə hər bir sahənin inkişafı ölkə başçısının diqqəti altındadır. Prezdentin tapşırığı ilə həyata keçirilən yeni islahatlar bir çox sahələrin inkişafına səbəb olub. Bu inkişaf idman sahəsində də olub və olacaq da. İdman ölkəsi kimi tanınan Azərbaycan bu ada həqiqətən layiq olacaq.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  İdmanımızın Tokio uğuru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ