Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məndən bir qəpik də almayacaqsan'' - Rejissordan anası ilə bağlı etiraf

''Məndən bir qəpik də almayacaqsan'' - Rejissordan anası ilə bağlı etiraf

Tarix: 9 Avqust 2021 11:05

Amerikalı rejissor Kventin Tarantino maraqlı etirafı ilə gündəm olub.

Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, rejissor uşaq ikən heç vaxt pulunu anası ilə bölüşməyəcəyinə söz verib və sözünə də əməl edib. Ulduz Page Six-ə verdiyi müsahibədə anası ilə münasibətlərindən danışıb. Aktyor qeyd edib ki, gəncliyində yazıçılıq karyerası ilə bağlı anasının sözlərindən inciyib. İbtidai sinifdə Tarantino dərs zamanı ssenari yazmağa başlayıb, lakin bu ona müəllimlərlə problem yaradıb.

Müəllimlər oğlanın hobbilərini "üsyan törətmək" kimi qəbul ediblər. "Pulp Fiction"ın gələcək rejissoru ilk ciddi ssenarisini 12 yaşında yazsa da, anası oğlunun işindən narazı olub. Məktəbdəki problemləri ananı qane etmirdi. Tarantibo isə  "uğurlu bir yazıçı olanda, uğurumdan heç bir faiz ala bilməyəcəksiniz. Sizin üçün nə ev, nə tətil, nə də Cadillac olacaq. Heç bir şey almayacaqsınız" deyə qərar verib. On illər sonra Tarantino verdiyi sözə əməl edib. Vergi orqanları ilə ciddi problemləri olan anasına yalnız bir dəfə kömək edib.

Kamran Seyidov


Etiketlər:  Məndən qəpik almayacaqsan Rejissordan anası ilə bağlı etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ