Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə naziri şəxsi heyətin hazırlıq səviyyəsini yoxladı, tapşırıqlar verdi - VİDEO - FOTO

Müdafiə naziri şəxsi heyətin hazırlıq səviyyəsini yoxladı, tapşırıqlar verdi - VİDEO - FOTO

Tarix: 9 Avqust 2021 11:56

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları-2021" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.
Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərimizə uğurlar arzulayıb və ölkəmizi layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib.

Sonra Müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.

G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Sonda HDQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.


Etiketlər:  Müdafiə naziri şəxsi heyətin hazırlıq səviyyəsini yoxladı tapşırıqlar verdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ