Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mübahisəli torpaq problemi - VİDEO

Mübahisəli torpaq problemi - VİDEO

Tarix: 9 Avqust 2021 13:10

Tərəflər məsələnin ədalətli həllini davam edən məhkəmədən gözləyir

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Saray sakini İxtiyar Balakişiyev mübahisəli torpaq məsələsinə görə "Problem"ə müraciət edib. Onun şikayəti də bir müddət öncə problemini işıqlandırdığımız Novxanı sakini Vüqar Ağakişiyevin məsələsinə bənzəyir. Bəli, burada bir torpağa iki sənəd verilib.

İxtiyar Balakişiyev bu gün öz adına olan, əlində sənədlərini gəzdirdiyi torpağını müəyyən etməkdə çətinlik çəkir.

Əlbəttə, bu məsələ ilə bağlı da məhkəmə gedir. Lakin məsələ bir neçə ildir ki, həll oluna bilmir. Səbəb isə mütəxəssislərin də bu məsələ qarşısında aciz qalmasıdır.

İxtiyar Balakişiyevin ittiham etdiyi Səmayə Qafarova ilə əlaqə saxladıq. O bu mövzuda davam edən mübahisələrdən bezdiyini deyərək müsahibə verməkdən imtina etdi. Amma bizə həmin torpaqla bağlı özünə aid sənədləri təqdim etdi. Səmayə xanımın sözlərindən belə başa düşdük ki, həqiqətən də ötən əsrin 90-cı illərində verilən bu torpaqlar hazırda sənəddə göstərildiyi yerlərində deyillər. Yəni, sürüşmə baş verib. Xanım deyir ki, bunun nəticəsində İxtiyar Balakişiyevə aid olan torpaq da bir pay torpağı sürüşüb. Bu qarışıq vəziyyətdən çıxış yolu isə əlbəttə ki, məhkəmənin üzərinə düşür. Amma təəssüflər olsun ki, bu prosesin bu qədər uzanması həm sakinlər arasında xoş olmayan münasibətlərin daha da alovlanmasına səbəb olur, həm də onları görməli olduqları işdən soyudur.


Etiketlər:  Mübahisəli torpaq problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ