Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 14:48
Rusiya Daxili İşlər Nazirliyinin bölmələrindən birinin əməkdaşı Moskva vilayətindəki evinin yaxınlığında ölü tapılıb.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, ilkin versiyaya görə, qadın sağlamlıq problemi üzündən intihar edib. Mərhumun dörd azyaşlı övladı qalıb. Qeyd edilir ki, qadın ciddi bir mədə xəstəliyi olduğunu bilib və bundan çox narahat olub. Dəfələrlə ağzından iy gəldiyindən narahat olub. Bəzi məlumatlara görə, mərhum bu yaxınlarda mədə-bağırsaq traktında ciddi bir xəstəliyindən xəbər tutub. Özünü binadan atmaqla intihar edən qadının meyitini isə oğlu tapıb.
Polis və istintaq komitəsi çoxuşaqlı qadının bu cür dəhşətli hərəkətinin mümkün səbəblərini araşdırır.
Kamran Seyidov