Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 15:34
"Əfqanıstanda baş verən proseslərə görə həddən artıq narahatıq".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
Onun sözlərinə görə, İran regionda və beynəlxalq səviyyədə öz bütün potensiallarından istifadə edir ki, Əfqanıstanda sülh təmin olunsun.
S.Xətibzadə bildirib ki, Tehran sülh təşəbbüsünü Əfqanıstan məsələsində davam etdirməyə hazırdı. XİN sözçüsü İranın Əfqanıstana humanitar yardımları davam etdirəcəyini vurğulayıb.
S.Xətibzadə, eyni zamanda, yaxın günlərdə İraqın XİN başçısının İrana səfər edəcəyini bildirib.