Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda hotel yanır - Turistlər xəsarət alıb

İstanbulda hotel yanır - Turistlər xəsarət alıb

Tarix: 14 Avqust 2019 10:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İstanbulda hotel yanır Turistlər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ