Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 11:20
Sinqapurda doğulan dünyanın ən balaca uşağı xəstəxanadan evə buraxılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Həkimlər 212 qram çəkiylə dünyaya gəlmiş qızın həyatını xilas etməyə müvəffəq olublar.
Kvek Yun Syuan adlı körpə 13 ay öncə hamiləliyin 25-ci həftəsində doğulub. 24 sm-lik uşaq 13 aydan sonra 6.3 kq çəki toplayıb.
Qeyd edək ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun müalicəsinə 400 min dollar sərf olunub.