Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 12:40
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, avqust ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilən bir ədəd şübhəli bağlama aşkarlanıb. Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram "tiryək"ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Ayın 7-də saat 23:00-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən 1 nəfər şəxsin köməklik göstərilməsi üçün müraciət etməsi barədə məlumat daxil olub. Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində üzmə vasitəsinin "Ələt" sahil nəzarəti bölməsi istiqamətində sahildən təxminən 1 km məsafədə yerləşməsi müəyyən edilən, 2 nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisürətli kater tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi sakini 1964-cü il təvəllüdlü Əsgərov Dünyamalı Əsgər oğlu xilas edilib.
Növbəti gün saat 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində "Amburan" reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə 1 nəfər şəxsin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilib. Qeyd olunan istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həşimov Vüqar Ədalət oğlu xilas edilmiş və onun sahilə təxliyəsi təmin olunub.