Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstixana, toyuq və mal-qara ferması antisanitar vəziyyət yaradıb - Sakinlər şikayətçidir - VİDEO

İstixana, toyuq və mal-qara ferması antisanitar vəziyyət yaradıb - Sakinlər şikayətçidir - VİDEO

Tarix: 10 Avqust 2021 13:56

Bakıda istixanadan çıxarılan qalaq-qalaq şitillər və heyvan başları hara gəldi atılır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ''Qışlaq'' yaşayış sahəsindən gedir.

Sakinlər deyirlər ki, yaxınlıqdakı istixana,  toyuq və mal-qara  fermasından çıxan zibillər qəsəbənin əsas yolunun kənarına tökülür. Bu da isti havada iyin ətrafa yayılmasına və antisanitariyaya səbəb olur. Həmçinin üfunətdən həmin ərazidən keçmək olmur.

Sakinlər yaranmış vəziyyətlə bağlı dəfələrlə həmin istixana və fermaları işlədən sahibkara irad tutublar. Amma görünən odur ki, əraziyə hələ də zibil atılır.

Məsələ ilə bağlı sözügedən istixana və fermalara getdik. Özünü təqdim etməyən şəxs məsələdən xəbərsiz olduğunu deyib.

Zirə inzibati ərazi dairəsi üzrə nümayəndə Rasim Hüseynov isə ''Xəzər Xəbər''ə bildirdi ki, həmin istixana və fermaları işlədən sahibkarla bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi akt tərtib edib. O ki qaldı həmin qəsəbədə zibil qablarının olmamasına, icra nümayəndəsi dedi ki, növbəti aylar üçün əraziyə zibil qabları qoyulacaq və onun daşınması üçün avtomobil ayrılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  İstixana toyuq mal qara ferması antisanitar vəziyyət yaradıb Sakinlər şikayətçidir VİDEO


RƏYLƏR