Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toya koronavirusa yoluxan bir nəfər gəlsə, yüzlərlə adamı yoluxdura bilər - TƏBİB rəsmisi

Toya koronavirusa yoluxan bir nəfər gəlsə, yüzlərlə adamı yoluxdura bilər - TƏBİB rəsmisi

Tarix: 11 Avqust 2021 15:40

"Təxminən son 1-2 həftə ərzində koronavirusa gündəlik yoluxma sayında artım var. Hesab edirik ki, bunun əsas səbəbi toyların, şənlik mərasimlərinin keçirilməsi oldu. Bu mərasimlər müəyyən qayda-qanun çərçivəsində keçirilsə də, nə qədər əks-epidemik tədbirlər nəzərə alınsa da, toylar, şadlıq mərasimləri ilə insanlar arasındakı təmasların sayı artıb".

Sonxeber.net bildiir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, təmasların sayının artması yoluxmaların da artmasına səbəb olur ki, bu, gözlənilən idi: "Amma çalışmalıyıq ki, yoluxmaların sayı həddindən artıq çoxalmasın, səhiyyə sistemimiz, xəstəxanalar həddindən artıq yüklənməsin. Səhiyyə sistemi, xəstəxanalar həddindən artıq yükləndiyi təqdirdə yenidən qapanmaların labüdlüyü ortaya çıxa bilər. Ona görə də hamımız qorunmaqla bağlı qaydalara əməl etməliyik. Son zamanlar insanlar həddindən artıq çox arxayınlaşıblar. Maskalardan istifadə, məsafənin gözlənilməsi, əl gigiyenası ilə bağlı məsələlərdə bir arxayınlıq yaranıb. Arxayınlaşmaq da yoluxmanın artmasına səbəb olur. Virusun qarşısını almaq üçün yalnız iki yol var - qorunmaq və vaksinasiya.

Vaksinasiya olunmayan, müxtəlif bəhanələrlə bundan boyun qaçıranlar bilməlidir ki, peyvənd olunmaq vacibdir, bizim əlimizdə başqa silahımız yoxdur. Düzdür, bizdə vaksinin ikinci dozasını alanların sayı çoxdur, amma bu, hələ pandemiyanın qarşısını almaq üçün kifayət etmir. Toylar, şadlıq mərasimləri olmalıdır, amma bu məclislərdə iştirak edən insanlar mümkün qədər təmaslardan çəkinməlidir. Bu məclisə koronavirusa yoluxan bir nəfər gəlsə, onlarla, yüzlərlə adamı yoluxdura bilər. Ona görə də bütün vətəndaşlar birmənalı şəkildə vaksinasiyadan keçməlidir ki, vəziyyət daha da ağırlaşmasın".

Yoluxma statistikasına toxunan A. Qurbanov deyib ki, pandemiyanın özünəuyğun dalğaları var: "Məsələn, qısa müddət əvvəl yoluxma 30-50 idi, indi 1700-ü ötüb. Amma buna hələlik pik hədd deyə bilmərik. Prosesi müəyyən müddət izləməliyik, gündəlik yoluxma sayı artaraq gedirsə, buna pik demirik. Müəyyən müddətdən sonra gündəlik yoluxma sayı stabilləşib aşağı düşməyə doğru gedəndə biləcəyik ki, pik hədd hansı idi".

A.Qurbanov son dövrlərdə uşaqlar arasında hərarət və mədə-bağırsaq pozulmasına səbəbin koronavirusun olub-olmaması məsələsini də şərh edib: "Bir insanın koronavirus olmağını ancaq testlə müəyyən etmək olar. Bundan əlavə, bu, qrip və qripəbənzər viruslarla bağlı da ola bilir. Koronavirus olub-olmadığını ancaq testlə bilə bilərik".


Etiketlər:  Toya koronavirusa yoluxan nəfər gəlsə yüzlərlə adamı yoluxdura bilər TƏBİB rəsmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ