Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barbie” istehsalçısı irqçilikdə ittiham olunur - FOTO

“Barbie” istehsalçısı irqçilikdə ittiham olunur - FOTO

Tarix: 12 Avqust 2021 10:14

"Mattel" şirkəti "Barbie idmançılar" kuklalarının yeni, əhatəli bir xəttini təqdim etdikdən sonra tənqidçilər tərəfindən hədəfə alınıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, şirkətin tənqid olunmasına səbəb oyuncaqlar arasında asiyalı "Barbie"nin olmamasıdır.

"Barbie" kolleksiyasının və "Tokio 2020"-nin rəsmi məhsullarının bir hissəsi olan yeni "Olimpiya Oyunları" kuklaları əslində keçən ilin fevral ayında satışa çıxarılıb, ancaq "Mattel" keçən ayın ortalarından etibarən Oyunlarla əlaqədar yenidən bazara təqdim edib.

Şirkət "İnklüziv" kolleksiyanın bir hissəsi kimi 2020-ci il Olimpiya Oyunlarına əlavə olunan yeni idman növlərini (softbol, ​​qayaya dırmaşma, karate, skeytbord və sörf) təmsil edən beş yeni kukla hazırlayıb. Hər kukla fərqli bir dəri tonuna, saç rənginə və bədən quruluşuna malikdir. Ancaq bir çox istifadəçi oyuncaqların arasında Asiya mədəniyyətinin bir nümayəndəsinin belə olmadığının fərqinə varıblar, halbuki Olimpiadanın özü elə Yaponiyada keçirilib.

Sosial media istifadəçiləri şirkəti tənqid edərək müxtəlifliyin olmamasından məyus olduqlarını bildiriblər. Bəziləri hətta "Mattel"i boykot edəcəyinə və uşaqları üçün "Barbie" kuklaları almamağa vəd veriblər.


Etiketlər:  Barbie istehsalçısı irqçilikdə ittiham olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ