Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 11:42
Dövlət İmtahan Mərkəzi tərəfindən 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb.
Sonxeber.net-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, boş qalan plan yerlərinə ixtisaslaşma seçimi üçün təsdiq edilmiş ərizələrin sayı 3246 olub. Onlardan 3053-ü Azərbaycan, 193-ü rus bölməsindəndir.
Dövlət İmtahan Mərkəzindən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildirilib ki, müsabiqəyə 1648 yer çıxarılıb. Onlardan 87 yer dövlət sifarişlidir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edilib.
Boş qalan yerlərə qəbul 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.