Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 13:04
Vətən müharibəsi zamanı döyüşlərə cəsarətlə qatıldı və igidlik göstərdi.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət biləsuvarlı şəhid əsgər İqbal Astanlıdan gedir.
Atası İlqar Astanlı deyir ki, İqbal uşaqlıqdan cəsarəti ilə həmyaşıdlarından seçilirdi. İdmana çox böyük həvəsi vardı. Sərbəst güləş idman növü ilə məşğul olan İqbal müxtəlif yarışlarda dəfələrlə diplom və medallarla təltif edilmişdi. İkinci Qarbağ müharibəsi başlayanda o, həqiqi hərbi xidmətini Mingəçevir rayonunda kəşfiyyat bölümündə davam etdirirdi. Müharibənin ilk günündən isə cəsur kəşfiyyatçı döyüş yoldaşları ilə birlikdə Suqovuşan istiqamətində döyüşlərə qatılır.
Anası Nəzakət xanım deyir ki, İqbal evin böyük oğlu olduğu üçün hər işdə ona dayaq idi. Ailəsi onu əsgərlikdən sonra evləndirməyə hazırlaşırdı.
Bir neçə postun alınmasında xüsusi igidlik göstərən İqbal Astanlı sentyabrın 29-da Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Yaşasaydı 24 yaşı tamam olacaqdı. Doğmaları, eli-obası onsuz onun ilk ad gününü qeyd ediblər. Bu məqsədlə əvvəlcə şəhidin məzarı ziyarət edilib. Sonra isə İqbal Astanlının və Biləsuvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub. Şəhid İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda" meadlı ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: