Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 17:20
Əfqanıstan hökuməti "Taliban" hərəkatına dövlətin idarəsində iştirak etməyi təklif edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Əl-Cəzirə" yayıb. Bildirilir ki, Əfqanıstan hökumətinin şərtinə əsasən, "Taliban" hərəkatı zorakılığı dayandırdığı halda dövlətin idarəsində iştirak edə bilər.
Həmçinin qeyd olunur ki, bu təklif hazırda Əfqanıstan və sözügedən hərəkat arasında danışıqların getdiyi Qətər vasitəsilə qarşı tərəfə çatdırılıb.