Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 17:32
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş Hüseyn Quluzadə idarə etdiyi "Ford" markalı avtomobillə Cəlilabad rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən ayrı-ayrı bağlamalarda 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə H.Quluzadənin həmin narkotik vasitə və psixotrop maddəni tanışı, Bakı şəhər sakini Təbriz Babayevə çatdırmalı olduğunu müəyyən edilib
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Babayev də saxlanılıb və onun üzərindən metamfetamin və marixuana aşkarlanaraq götürülüb.