Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

San-Marinodan idxal edilən 5000 qutudan çox məhsul yararsız çıxdı

San-Marinodan idxal edilən 5000 qutudan çox məhsul yararsız çıxdı

Tarix: 13 Avqust 2021 12:06

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5173 qutu "Nebufer", "Tablet N30" əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.


Etiketlər:  Marinodan idxal edilən 5000 qutudan çox məhsul yararsız çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ