Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 19:25
Türk müğənni Sibel Can ötən gün pərəstişkarları ilə Harbiyədə görüşüb.
Sonxeber.net SİA-ya istinadən xəbər verir ki, o, səhnə geyimi ilə tamaşaçıları heyran qoyub.
Ağ geyinmiş, qu quşuna bənzəyən 51 yaşlı müğənni saç düzümü və makiyajı ilə "20 yaş gəncləşib" şərhini alıb. Təxminən üç saat Harbiye səhnəsində qalan Sibel Can gecədə xüsusi hazırladığı repertuarı ilə tamaşaçılara musiqili ziyafət verib. Səsi və gözəlliyi ilə heyran qoyan Sibel Can, sosial mediada paylaşdığı pozları ilə böyük bəyənmə alıb.