Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeyts 1,5 milyard dolları hansı sahəyə ayırdı? - DETALLAR

Bill Qeyts 1,5 milyard dolları hansı sahəyə ayırdı? - DETALLAR

Tarix: 14 Avqust 2021 01:32

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə 1.5 milyard dollar ayırıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, bu vəsait ABŞ hökuməti ilə birgə həyata keçiriləcək karbon tullantıları həcmini azaldacaq texnologiyaların inkişafı layihəsinin maliyyələşdirilməsi üçün xərclənəcək.

Artıq ABŞ Senatı tərəfindən ölkə infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsi təsdiq edilib. Ölkə prezidentinin imzasından sonra qanunun qüvvəyə minəcəyi bildirilib.

Milli.Az


Etiketlər:  Bill Qeyts 15 milyard dolları hansı sahəyə ayırdı DETALLAR


RƏYLƏR