Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təqsiri olmayan məhkum 50 il sonra həbsdən azad edildi - FOTO

Təqsiri olmayan məhkum 50 il sonra həbsdən azad edildi - FOTO

Tarix: 14 Avqust 2021 12:44

ABŞ-da yalan və ya şübhəli ifadələrə əsaslanaraq həbs olunan məhbus 50 ildən sonra azadlığa buraxılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Artur Conson 1970-ci ildə qətldə ittiham olunub. Müstəntiqlərə görə, onunla birlikdə olan Qery Breym mərhumu odlu silahla vurduqdan sonra o, da bıçaqlayıb.

Conson günahsız olduğunu, etirafların və imzanın polis təzyiqləri altında alındığını bildirib. Breym özü də Consonun qətldə əli olmadığını təsdiqləyib. Ancaq buna baxmayaraq, onun təqsirinin sübutu kimi, 15 yaşlı şahidin 30 saatlıq dindirilmə zamanı verdiyi ziddiyyətli ifadələr oldu.

Qətl zamanı azyaşlı olan Breym 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum edildi. Həmin vaxt 18 yaşında olan Conson isə ömürlük həbsə məhrum edilib. O, 1979-cu ildə müvəffəqiyyətsiz qaçış cəhdindən sonra isə təkadamlıq kameraya köçürülüb.

2017-ci ildə "The Abolitionist Law Center" Consonun 37 illik tək həbsxana həyatına son verdi. Dörd il sonra, Filadelfiya Dairə Prokurorluğu və məhkəmə ittiham aktında səhv və ya "çox şübhəli" ifadələr olduğunu qəbul etdi. Bundan sonra məhkum sərbəst buraxılıb.
 


Etiketlər:  Təqsiri olmayan məhkum sonra həbsdən azad edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ