Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pensiyam kəsilib, xəstəxana məni qəbul etmirsə, neyləməliyəm?”

''Pensiyam kəsilib, xəstəxana məni qəbul etmirsə, neyləməliyəm?”

Tarix: 14 Avqust 2021 15:38

Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Ulduz Mustafayeva ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsindən narazıdır.

Sonxeber.net bildirir ki, bu barədə "Qafqazinfo"ya müraciət edən Mustafayevanın sözlərinə görə, o anadangəlmə ürək qüsurundan və çatışmazlığından əziyyət çəkir: "2008-ci ildən etibarən II qrup əliləm. 260 manat əlillik pensiyası alırdım, ancaq may ayından pensiyam kəsilib. Nazirliyin qurumu məni xəstəxanaya göndərib. Topçubaşov xəstəxanasında müayinə olundum. Həkim deyir ki, xəstəliyinizin müalicəsi yoxdur. Əməliyyata girsəniz, sağ çıxma ehtimalınız çox azdır. Mərkəzi Klinikadan da eyni şeyi dedilər.

Kardiologiya İnstitutu isə mənə yüngül dərəcəli rəy verdi. Heç orada xəstəliyimin nə olduğundan belə həkim xəbərsiz idi. Deyirlər ki, get, xəstəxanada yat. Ancaq heç bir xəstəxana məni müalicə üçün qəbul etmir, ikinci dəfə müraciət etmişəm. Yenə mənə təkrar müayinə və müalicə yazılıb. Xəstəxana məni  müalicə üçün qəbul etmirsə, neyləməliyəm? Ailəli deyiləm, uşaqlarım yoxdur. O pensiya ilə dolanırdım. Bundan sonra necə dolanım?".

"Qafqazinfo" məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxlayıb. O bildirib ki, Mustafayeva Ulduz Sabir qızına 2009-cu ildən anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin deffektinə görə 2-ci dərəcəli əlillik təyin olunub: "2016-cı il 15 may tarixində Əlillik müddəti 5il müddətində uzadılıb. 15.05.2021-ci ildə əlillik müddəti başa çatdırılıb. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilib. Həmin göndərişin əsasında 16.07.2021-ci il tarixdə qiymətləndirilmə aparılıb. Göndərişin natamam doldurulması, ixtisaslaşmış müalicə və müayinənin aparılması barədə qərar verilib. 

Göndərişdən belə məlum olur ki, şəxsin sonuncu dəfə xəstəxanada yatışı 2008-ci ildə olub. Həmin vaxtdan sonra heç bir müayinə və müalicəsi barədə məlumat yoxdur. Exokardioqrammada stolik küy, stolik funksiya atımfraksiyası 57% göndərilib, bu isə əlillik təyinatına əsas vermir. Bu şəxs ətraflı yoxlanılmalıdır, ağırlaşma varsa müalicə olunub, yenidən sistemə göndəriş vurulmalıdır".
 


Etiketlər:  Pensiyam kəsilib xəstəxana məni qəbul etmirsə neyləməliyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ