Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bitcoində 100 min dollar proqnozları yenidən gündəmdədir

Bitcoində 100 min dollar proqnozları yenidən gündəmdədir

Tarix: 14 Avqust 2021 20:48

Bitcoin-in iyundakı dib səviyyələrindən fasiləsiz bir şəkildə yüksəlməsi "100 min dollar" təxminlərinin yenidən tələffüz edilməsinə gətirib çıxarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti iyuldakı dib səviyyəsindən 50% yüksəlib.

Səhər saatlarında Bitcoin 45 min 600 dollardan alıcı tapıb. Yenə də Bitcoinin ucuzlaşmasına gətirib çıxaran Çinin "mayninqi" qadağan etməsi, ABŞ-ın bazarı tənzimləmyə hazırlığı kimi gündəm maddələri aktuallığını qoruyur.

"Fundstrat Global Advisors"un qurucu ortağı Tom Lee 2021-ci ilin sonuna qədər Bitcoin-də 100 min dolların görülə biləcəyini təxmin edir. Lee, "Bitcoinin 200 gündəlik orta qiymətinin qırması vəziyyətində güclü bir ralliyə girəcəyini düşünürük" deyib.

Bitcoin, son iki günü 200 günlük orta qiymətinin üzərində bağlamağı bacarıb, bu gün də üzərində bağlaması halında bu səviyyədən dəstək taparaq yüksəlişini davam etdirə bilər.

Milli.Az


Etiketlər:  Bitcoində dollar proqnozları yenidən gündəmdədir


RƏYLƏR