Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 22:15
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə, oksigenin əsas enerji mənbəyi olaraq istifadə edildiyi fiziki idman növü) idman növü stressdən qurtulmağa kömək edir.
Alimlər apardıqları sınaqlara əsasən, üzmənin beyin yollarını stimullaşdırdığını qeyd edib. Bu beyin yolları hipokampdakı iltihabı məhdudlaşdıra bilir, həmçinin proqramlaşdırılmış hüceyrə ölümü prosesini apoptozun qarşısını alır. Üzgüçülük həmçijnin sinirlərin sağ qalmasını artırır və qocalmanın idrak üzərinə təsirlərini azaldır.