Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 12:22
İtaliyanın "Yuventus" futbol klubu bu yay portuqal hücumçu Kriştianu Ronaldunun satışı imkanını nəzərdən keçirir.
Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.
Məlumata görə, Turin klubunun rəhbərliyi hesab edir ki, Ronaldunun satışı komandanın maddi vəziyyətinə müsbət təsir edə bilər. "Yuventus" rəhbərliyi əmindir ki, portuqaliyalının gedişi komadada islahatın keçirilməsi üçün pul məbləğinə əhəmiyyətli dərəcədə qənaət edəcək.
"Yuventus"un Ronaldu ilə bağlı konkret təklifi yoxdur, amma turinlilər gözləməyə hazırdır. Avropada transfer pəncərəsi avqustun 31-ə qədər açıqdır.