Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 14:12
Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Al Arabiya telekanalı" məlumat yayıb.
Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.
Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.
Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval "Tolo News" telekanalının efirində "Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq" deyib.