Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 09:16
Rusiya alimləri antiviral və antibakterial xüsusiyyətlərə malik parça yaradıblar.
Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.
Belə ki, virus və bakteriyalar parçanın üzərinə düşdükdən bir neçə saniyə sonra məhv olur. "İonit" adlanan parçadan tibbi maskaların, qoruyucu kostyumların hazırlanması və hava filtri kimi istifadə edilməsi planlaşdırılır.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti materialın qoruyucu xüsusiyyətlərini və insanlar üçün təhlükəsiz olduğunu təsdiq edib.