Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu həftə SƏRT KARANTİN olacaq? - AÇIQLAMA

Azərbaycanda bu həftə SƏRT KARANTİN olacaq? - AÇIQLAMA

Tarix: 16 Avqust 2021 11:30

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Maraqlıdır, həftə ərzində sərt karanatin qaydaları bərpa edilə bilərmi?

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı redaktor.az-ın suallarını həkim-terapevt Məlahət Abbasova cavablayıb. O bildirib ki, bu həftə qadağalar bərpa oluna bilər:

"Hesab edirəm ki, ən qısa müddətdə qapanmaların yenidən tətbiqi gözlənilir. Çünki yoluxma sayı nəzarətdən çıxıb. Ötən dalğalarda ailənin bir və ya iki üzvü yoluxurdusa, yerdə qalan digərlərinə keçmirdi. İndi bütöv ailə yoluxur. Ona görə də bu dəfə daha çox ehtiyatlı olmalıyıq. Amma təəssüflər olsun ki, indi heç kim zəruri qaydalara əməl etmir. İnsanlarımız məsuliyyətsiz davranır".

M.Abbasova bildirib ki, hələlik ən yaxşı üsul qapanmaların tətbiqidir:

"Qapanmların əleyhinə olan biri kimi bu dəfə qadağaların vacib olduğunu düşünürəm. Məlumdur ki, sərt karantin rejimi insanların psixologiyasına mənfi təsir edir, depressiyaya salır. Bu da xəstəliyin sağalmasına mane olur. Lakin yoluxma statistikasıı onu göstərir ki, bizim ayrı əlacımız qalmayıb".


Etiketlər:  Azərbaycanda həftə SƏRT KARANTİN olacaq AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ