Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanlı müğənni vəfat etdi

Tarix: 16 Avqust 2021 16:05

Müğənni Kamandar İbrahimov vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 65 yaşlı müğənninin uzun müddətdir səhhətində problem var imiş. Bu haqda onun həmkarları məlumat yayıb.

Qeyd edək ki, K.İbrahimov 21 iyul 1956-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olan Kamandar İbrahimov həmin ildən müğənniliyə başlayıb. K.İbrahimov həm də həvəskar şair və bəstəkar kimi fəaliyyət göstərib.

K.İbrahimov 2018-ci ildə oğlu Elbrusu itirmişdi.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni vəfat etdi


RƏYLƏR