Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağın bərpası əsas hədəfdir - VİDEO

Qarabağın bərpası əsas hədəfdir - VİDEO

Tarix: 16 Avqust 2021 17:06

"Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər ərazilərimizi dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq".

"CNN Türk" kanalına müsahibəsində Prezident İlham Əliyev deyib ki, birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaq: "Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq".

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hərbi-siyasi ekspert Elçin Axundzadənin fikrincə, "CNN Türk" kanalına müsahibəsində Prezident İlham Əliyevin söylədiyi fikirlər onu deməyə əsas verir ki,  Azərbaycan yenə də öz gücünə arxayın olacaq və bölgədə yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün fürsətə - əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək göstərəcək.

Elçin Axundzadə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bütün infrasturuktur dağıdılıb və talan edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılır.

"Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistanın özü üçün yeganə çıxış yoludur",- deyə Elçin Axundzadə qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qarabağın bərpası əsas hədəfdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ