Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə sel qurbanlarının sayı 74 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 74 nəfərə çatıb

Tarix: 16 Avqust 2021 21:26

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 74 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

"Sel 74 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 62, Sinopda 11, Bartında 1 nəfər)", - deyə qurumdan verilən açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl 71 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

Avqustun 11-də Qaradənizin qərbində yağıntının miqdarının normadan artıq düşməsi (bəzi ərazilərdə bir kvadratmetrə 360 kiloqram) nəticəsində Kastamonunun Bozkurt, Azdavay, İnebolu, Küre, Pınarbaşı, Bartının Ulus, Sinopun Ayancık rayonlarında sel suları sunami efekti yaradıb, həmin ərazilər ciddi şəkildə dağıntıya məruz qalıb.

Sel fəlakətindən çətin vəziyyətdə qalan 2 381 nəfər helikopterlər vasitəsilə təxliyə olunub.

AFAD-dan bildirlib ki, hazırda Kastamonu və Sinopun 47 nəfər itkin sakini axtarışdadır.

Milli.Az


Etiketlər:  Türkiyədə qurbanlarının sayı nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ