Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirliyin COVID-19 pasportu ilə bağlı tələbi qüvvəyə mindi - VİDEO

Nazirliyin COVID-19 pasportu ilə bağlı tələbi qüvvəyə mindi - VİDEO

Tarix: 17 Avqust 2021 16:14

Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşların ƏƏSMN-nin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Nazirliyin COVID 19 pasportu ilə bağlı tələbi qüvvəyə mindi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ