Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 17:12
Almaniya Silahlı Qüvvələrinə məxsus təyyarə Kabil şəhərindən yalnız 7 nəfəri çıxara bilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Almaniyanın Xarici İşlər Nazirliyi açıqlayıb.
Məlumata əsasən, təyyarə bir neçə cəhddən sonra Kabil hava limanına enə bilib və buradakı cari vəziyyət ilə əlaqədar 7 nəfərdən başqa heç kimi təxliyyə etmək mümkün olmayıb.
Qeyd olunur ki, hava limanında hökm sürən xaos və buraxılış məntəqəsində daimi atışma səbəbindən dünən axşam digər alman vətəndaşlarını və siyahıda adı olan şəxsləri təxliyyə etmək mümkün olmayıb.