Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 18:50
"Taliban" radikal hərəkatı Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sky News Arabia" yayıb.
"Əl-Cəzirə"nin məlumatına görə isə, Kabil hava limanı avqustun 21-dən etibarən yenidən vətəndaşlar üçün açıq elan ediləcək.
Bununla yanaşı qeyd olunur ki, "Taliban" yaraqlılarının bir qrupu artıq hava limanının binasındadır.
Bildirilir ki, "Taliban" nümayəndələri buraya və hava limanının ətrafına toplanmış sakinləri ərazidən uzaqlaşdırmaq üçün havaya bir neçə dəfə atəş açıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kabil hava limanından bütün kommersiya uçuşları da ləğv edilib.