Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanlar Fətiyev: YAP hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə də böyük əzmlə hazırlaşır

Xanlar Fətiyev: YAP hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə də böyük əzmlə hazırlaşır

Tarix: 15 Avqust 2019 11:48

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) dünənin, bu günün və sabahın partiyasıdır. Partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən iqtisadi, sosial layihələr nəticəsində xalq iqtidara inanır və etibar edir. Təkcə 2019-cu ildə əhalinin maddi və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən xeyli sayda yeni sərəncam və fərmanlar imzalanıb. Ümidvaram ki, bu xalq-iqtidar vəhdəti bu ilin dekabr ayında keçiriləcək bələdiyyə və 2020-ci ildə Milli Məclisə seçkilərdə özünü bariz nümayiş etdirəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbbaycan Partiyasından olan deputatı Xanlar Fətiyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində YAP təxminən 18 000-ə yaxın namizəd irəli sürəcək. Təbii ki onların seçilməsi və müəyyənləşdirilməsi üçün artıq dairələr üzrə bütün şəhər və rayonlarda işlər aparılır: “Bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi demokratik cəmiyyətin bir hissəsi olduğunu nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Patriyası hakim partiya olaraq buna çox böyük önəm verir və hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xanlar Fətiyev hər seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə böyük əzmlə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ